25 fevral 2010 16:13
Rəqib yalnız qələbə barədə düşünür
İordaniya yığmasının baş məşqçisi Adnan Həmid Azərbaycanla bu gün keçiriləcək yoldaşlıq görüşündə yalnız qələbə arzulayır. Azerisport.az Jordan Times-a istinadla xəbər verir ki, iraqlı mütəxəssis komandasının oyuna hazır olduğunu bildirib: “Həm fiziki, həm də mənəvi cəhətdən hazırıq. Sinqapurla matç öncəsi bu oyunun böyük əhəmiyyəti var və məqsədimiz yalnız qələbə qazanmaqdır”.
