25 fevral 2010 16:31
Vaqif Cavadovun komandası 1/8 final ərəfəsində
Bu gün UEFA Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:05-də Vaqif Cavadovun komandası “Tvente” səfərdə “Verder”lə qarşılaşacaq. İlk oyun 1:0 hesabı ilə enshedelilərin xeyrinə başa çatıb.
Xatırladaq ki, hazırda zədəli olan həmyerlimiz bu mövsüm “Qarabağ”la avrokuboklarda iştirak etdiyindən “Tvente”nin heyətində bu turnirdə mübarizə aparmaq hüququndan məhrumdur.
