25 fevral 2010 17:04
Simurqun sabiq hücumçusu Azərbaycana qayıtmaq istəyir
Yaxın vaxtlara qədər Zaqatala “Simurq”unun şərəfini qoruyan Nikolay Petrov Valev Sofiya “Slaviya”sına keçib. Azerisport.az futbolçunun özünə istinadla xəbər verir ki, bolqarıstanlı hücumçu azad gent kimi Bolqarıstan klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. “Yayda Azərbaycana qayıtmağın əleyhinə deyiləm. Təkliflər olsa, danışıq aparmağa hazıram” – Petrov Valev bizimlə söhbətdə belə deyib.
