25 fevral 2010 17:49
Məşhur qapıçı atasının yolunu necə davam etdirir?
“Xəzər Lənkəran”ın təcrübəli qolkiperi Dmitri Kramarenko Kamran Ağayevə ustalığını daha da artırmaq üçün kömək edir. Azerisport.az xəbər verir ki, Rusiyanın “Alaniya”, ÇSKA, ”Torpedo”, “Dinamo” klublarının keçmiş qapıçısı müxbirimizlə söhbətdə komanda yoldaşına hər cür dəstək verdiyini bildirib: “O, hər mövsüm səviyyəsini bir qədər də artırır. Atam vaxtilə Aleksandr Jidkovla necə işləyirdisə, mən də Kamranla elə işləyirəm. Rusiyada yaxşı əlaqələrim var və komanda yoldaşımın bu ölkəyə yollanması üçün hər cür yardıma hazıram. Bunun üçün o, bəzi çatışmazlıqlarını aradan qaldırmalıdır”.
