25 fevral 2010 18:06
XL yerinə Muğan!
Təxirə salınmış bir oyunla əvəzedici komandaların çempionatında da Təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, “Neftçi”nin “Bakı”nı 4:2 hesabı ilə məğlub etdiyi qarşılaşma turnir cədvəlinə təsir göstərməyib və hər iki komanda final mərhələsinə vəsiqə əldə edib.
Ümumiyyətlə, bu yarışda da Final mərhələsinə “Unibank” Premyer Liqasında əvvəlcədən favorit hesab olunan klubların əvəzedici komandaları vəsiqə əldə ediblər. Yalnız “Xəzər Lənkəran”ı daha uğurlu çıxış edən “Muğan” əvəz edib.
