25 fevral 2010 21:04
Azərbaycan bayrağı ilə ilk qələbə (YENİLƏNDİ)
Bu gün İordaniyanın paytaxtı Əmmanın "Kral Abdulla" stadionunda Azərbaycan yığması 2010-cu ildə ilk matçına çıxdı. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlanan qarşılaşmada komandamız İordaniya millisinə 2:0 hesabı ilə qalib gəldi.
Stadionda 3000-ə yaxın azarkeş var. Bizim azarkeşlər Azərbaycan bayrağını qaldırmışdılar.
İORDANİYA – AZƏRBAYCAN - 0:2 (0:2)
Fabio, 1 (0:1), İsmaylov, 31 (0:2)
25 fevral. Əmman. «Kral Abdulla» stadionu. 3000 tamaşacı. Əsas hakim: Həmdi Şaban.
İORDANİYA: Ala Matalka, Anas Əssen, Hatəm Əgel, Gusay Aliya (Məhəmməd Jarrar, 60), Bahа Süleyman, Моаyad Əçükeşek (Mohanned Moharmek, 58), Abdalla Səlim (Məhəmməd Ömər, 61), Odayi Əlsafi, Əmer Sabbah, Basem Otman, Hassuneh Gasem (Əhməd Əlzügər, 70).
AZƏRBAYCAN: Kamran Ağayev (Fərhad Vəliyev, 46), Rəşad Sadıxov, Vladimir Levin, Maksim Medvedev, Elnur Allahverdiyev, Samir Abbasov (Ruslan Abışov, 46), Əfran İsmayılov (Rail Məlikov, 71), Fabio Luis Ramim (Rauf Əliyev, 71), Rəşad Sadiqov, Vüqar Nadirov (Rahid Əmirquliyev, 64), Fərid Quliyev (Elvin Məmmədov, 79).
