25 fevral 2010 23:42

Foqtsun bildikləri, yaxud 2:0 qane etməyəndə…

Azərbaycan yığması 2010-cu ili qələbə ilə qarşıladı. Lakin son dəqiqələrə qədər hesabın sərgilənən oyun və əldə edilən qol şansları ilə müqayisədə çox kiçik olduğu təəssüratı heç birimizi rahat buraxmadı.

Azerisport.az xəbər verir ki, tarixində ikinci dəfə Ammanda İordaniya ilə yoldaşlıq görüşü keçirən Azərbaycan yığması ardıcıl 3-cü qələbəsini də 2:0 hesabı ilə qazandı. Bu hesab Avropanın təcrübəli və praqmatik yığmalarına xasdır; məsələn, İtaliya millisinin sonuncu dəfə nə vaxt 2 topdan çox qol vurduğu çətin ki, kiminsə yadında olsun. Elə İordaniya – Azərbaycan matçının birinci hissəsində də sanki oyun səviyyəsinə görə bir-birindən kəskin fərqlənən iki  komanda var idi. Fabio Luis Ramim və Əfran İsmayılovun qolları ilk 45 dəqiqədə Berti Foqtsun yetirmələrinin rəqib qapısı qarşısında yaratdığı 100% -lik qol vəziyyətlərinin yalnız tən yarısı idi. Elə həmin Ramimi daha bir epizodda rəqibin qapıçısı ilə üz-üzə qaldığı epizodda, texnikası məyus etdi.

Qollar və təhlükəli vəziyyətlər bir kənara, komandamız heç vaxt oynamadığı kimi ağıllı və rasional futbola üstünlük verirdi. Start heyətində Fərid Quliyev və Əfran İsmayılov kimi debütantlar olsa da, komandamız vahid mexanizm təsiri bağışlayırdı, hərçənd Fəridin debüt oyunu bu futbolçunun hansı potensiala malik olması barədə suallara tam aydınlıq gətirə bilmədi. Əfran isə, əksinə, qarşısıalınmaz idi…

Doğrusu, İordaniyadan daha çox şey gözləyirdik. Bunun əvəzinə Azərbaycan yığmasının qarşısına heç nə ilə seçilməyən, “boz” kollektiv çıxmışdı. Bəlkə də supererkən qol iordaniyalıların planlarını pozdu, bəlkə də Adnan Həmid Sinqapurla vacib qarşılaşma ərəfəsində (1 həftə sonra!) futbolçularına çox yüklənməmək tapşırığı vermişdi, bəlkə də, sadəcə olaraq, bu, heç İordaniyanın optimal heyəti deyildi. Amma fakt budur ki, Foqtsun yetirmələri ustalıq səviyyələrinə görə rəqibdən açıq-aşkar üstün görünürdülər… Sən demə, dünyada belə komanda da varmış!..

İkinci hissə haqda bu qədər ağızdolusu danışmaq mümkün olmasa da, komandamızın üstünlüyü inamla qoruması və imkan düşdükcə sürətli əks-hücumlarla rəqibi təzyiq altında saxlaya bilməsi ümidvericidir. Hesab oyuna görə olmasa da (millimiz İordaniyanı rahatca böyük hesabla məğlub edə bilərdi), Azərbaycan yığması uğurlu seriyanı davam etdirsə də (son 5 oyunda 3 qələbə, 1 heç-heçə - 10 xal), bir həftə ərzində iki aşağı səviyyəli rəqiblə (Lüksemburqun İordaniyadan heç nə ilə güclü olmadığına şübhə etməyin) yoldaşlıq görüşlərinin Azərbaycan yığmasına nə verəcəyini indi yalnız Foqts bilir. Təki, o bilən düz çıxsın!..

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.