25 fevral 2010 23:59
Foqtsun kefi kök olanda...
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts İordaniya ilə yoldaşlıq oyunu barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının ikinci hissədə nisbətən zəif oyununun əsas günahkarı kimi hava şəraitini göstərib: “Birinci hissədən razı qaldım. Yaxşı futbol sərgilədik. İkinci hissə barədə eyni sözləri demək mümkün deyil, amma bunun əsas səbəbi havanın pisləşməsidir. Yağış yağmasaydı, daha yaxşı oynayardıq”.
