25 fevral 2010 00:06

2010-cu il Ammanda başlayır

Azərbaycan yığması üçün 2010-cu futbol ili fevralın 25-də başlayır. Azerisport.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da Amman şəhərində Berti Foqtsun yetirmələri yeni ildə ilk matçına çıxır. Rəqib İordaniya yığmasıdır.
 
Dünyanın yarısı Atlantik okeanın o tayında qarlı və soyuq hava şəraitində Qış Olimpiya Oyunlarının həyəcanı ilə yaşadığı bir vaxtda, Azərbaycan yığması məşqlərini qızmar günəş altında davam etdirir. İndi ilin məzuniyyət üçün elə də əlverişli dövrü deyil, buna görə də Foqts və onun futbolçuları İordaniyada hökm sürən kurort ab-havasına baxmayaraq, istirahət əhval-ruhiyyəsindən xeyli uzaqdırlar.
 
Ölkəmizin bir nömrəli komandası artıq üç gündür ki, Ammandadır. İnşaat işlərində ağ rəngli daşlardan çox istifadə edilməsinə görə “Ağ şəhər” adını alan Amman ilk baxışdan tipik Avropa şəhəri təsiri bağışlayır. Hazırda milli komanda ilə birgə İordaniya paytaxtında olan müxbirimizin sözlərindən belə aydın olur ki, İslamın yarandığı ölkədə hökm sürən yerli şəriət qanunlarına və bu torpağın müqəddəs adlandırılmasına baxmayaraq, Ammanın gecə həyatı “bütün tələblərə” cavab verir: gecə klubları, diskoteka və barların qapısı hər bir müştərinin üzünə açıqdır. Lakin bu, daha çox şəhərin qərb hissəsinə aiddir. Şərqi Amman daha çox kasıb məhəllələrindən ibarətdir və burada əsl Şərq ab-havası hiss olunur.
 
Dünyanın yarısını gəzən Azərbaycan yığma komandasının futbolçularını Amman çətin ki, təəccübləndirsin, amma istənilən halda, gəlin, istirahət məsələlərini bir kənara qoyub futbolun özünə keçək. Hər halda, komandamızın bugünkü rəqibi dünya futbolunun nəhənglərindən olmasa da, öz dəst-xətti ilə seçilən və FİFA reytinqində Azərbaycan millisini qabaqlayan komandadır. Bilməyənlər öyrənsin: İordaniyanın 100 ən yaxşı kollektiv sırasına daxil olması üçün reytinq cədvəlində daha 6 pillə irəliləməsinə ehtiyac var. Bunun üçün Sinqapur üzərində qələbə bəlkə də kifayət edər.
 
Sinqapur? Azərbaycan kimi 2010-cu ildə ilk oyununa çıxan İordaniya yığması indi daha çox martın 3-dəki matçı gözləyir. Asiya Kuboku uğrunda seçmə turnirdə məhz Sinqapurla qarşılaşacaq komandaya yalnız qələbə lazımdır. Bu, vaxtilə final mərhələsində 1/4 finala qədər irəliləyən iordaniyalıların o yarışa yolunu açacaq.
 
Yeri gəlmişkən, Azərbaycanla İordaniya arasında ilk görüş də elə həmin ərəfələrdə - bugünkü rəqibimiz üçün tarixi sayılan Asiya Kuboku-2004-dən sonra baş tutmuşdu. Ammandakı həmin qarşılaşma bərabərliklə sonuclanmış, komandamızın yeganə qoluna isə əvvəlki formasını Türkiyə “Orduspor”unda bərpa etməyə çalışan, o zamanlar isə karyerasının pik dövrünü yaşayan Anatoli Ponomaryov vurmuşdu. 6 il ərzində tanınmaz dərəcədə dəyişən Azərbaycan yığmasında indi yalnız Rəşad Sadıqovun ismi iordaniyalılara tanışdır; millimizin kapitanı 2004-cü ildəki matçda da meydançaya çıxmışdı.
 
İordaniyanın iraqlı baş məşqçisi Adnan Həmiddən fərqli olaraq, Berti Foqtsun qarşısında qlobal hədəflər durur. Azərbaycan yığması üçün bu yoldaşlıq görüşü konkret bir oyuna yox, ümumiyyətlə, Avropa Çempionatının seçmə mərhələsinə hazırlıq baxımından əhəmiyyətlidir. Amma “nəticənin ciddi əhəmiyyət daşımadığını” nə qədər söyləsək də, qalibiyyət istənilən komandanın psixoloji hazırlığına heç bir psixoloqun edə bilməyəcəyi qədər müsbət təsir göstərir. Düzü, son 4 oyunda 7 xal qazanan yığmamızın uğurlu seriyasını davam etdirməsini çox istərdik. Hər halda, rəqib də qorxulu və keçilməz deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.