25 fevral 2010 12:15
İordaniya – Azərbaycan. Foqtsun heyəti
Bu gün İordaniyanın paytaxtı Ammanın "Kral Adulla" stadionunda Azərbaycan yığması 2010-cu ildə ilk matçına çıxır. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq qarşılaşmada komandamızın rəqibi İordaniya millisidir.
Yanvarın 22-də səfərə çıxan Azərbaycan millisi oyunöncəsi son məşqini dünən keçirib. Bu gün üçün komandamızın optimal heyəti belədir:
Kamran Ağayev – Rəşad Sadıqov, Ruslan Abışov, Maksim Medvedev, Elnur Allahverdiyev, Samir Abbasov, Əfran İsmayılov, Elvin Məmmədov, Rəşad Sadiqov, Vüqar Nadirov - Fərid Quliyev.
