25 fevral 2010 00:31
Məşhur türkiyəli həkim zədə problemini süni meydançalarda görür
UEFA Tibb Komitəsinin üzvü Mehmet Binnet azərbaycanlı futbolçuların tez-tez zədə almasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, bir çox azərbaycanlı futbolçuları müalicə edən məşhur türkiyəli həkim süni meydançaların oyunçuların səhhətinə mənfi təsir göstərdiyini bildirib: “Əvvəllər zədələr müxtəlif səbəblərdən baş verərdi, amma indi əsas səbəb oyunların çoxunun süni meydançalarda keçirilməsidir. Azərbaycanlı futbolçuların əksəriyyətini müalicə etmişəm və problemi kökündən bilirəm”.
