25 fevral 2010 00:45
Olimpiya çempionundan yığmanı inkişaf etdirmək yolları
Məşhur rusiyalı mütəxəsssis Anatoli Bışovets Azərbaycan yığmasının Berti Foqtsun rəhbərliyi altında keçirdiyi oyunları bəyənib. Amma Azerisport.az xəbər verir ki, Seul Olimpiadasının qalibinin fikrincə, millinin daha da inkişaf etməsi üçün bir qədər zamana ehtiyac var: “Azərbaycan yığmasının oyununu bir neçə dəfə izləmişəm. Həm Foqtsa qədər, həm də sonra. Fikrimcə, indi komanda inkişaf edir, lakin elə etmək lazımdır ki, nəticələr ani xarakter daşımasın. Bunun üçün şaquli inkişaf prinsiplərindən yararlanmaq gərəkdir”.
