26 fevral 2010 13:31
Maksim yığmadan ayrıldı
Azərbaycan yığmasının üzvü Maksim Medvedev baş məşqçi Berti Foqtsun razılığına əsasən şəxsi işləri ilə əlaqədar fevralın 26-dan martın 1-nə qədər millinin heyətindən ayrılaraq vətənə dönüb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, martın 1-dən 4-nə qədər yenidən millinin düşərgəsində olacaq.
