26 fevral 2010 13:48
Bəzi futbolçuların fiziki hazırlığı Foqtsu razı salmayıb
“Vurulan qollardan sonra topla daha çox davranmalı, hesabı qorumalı idik. Amma ikinci hissədə istənilən futbolu sərgiləyə bilmədik. Hava oyunu korlasa da, bəzi futbolçuların fiziki durumu bizi razı salmadı” – bu sözləri Berti Foqts deyib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis müxbirimizlə söhbətində Lüksemburqla qarşıdakı oyunun heyət planlarını qurmadığı bildirib: “Heyəti dəyişib-dəyişməyəcəyimizi bilmirəm. Kimin yorğun olub-olmadığını öyrənmək üçün məşqə çıxmaq lazımdır”.
