26 fevral 2010 14:27
Ayın futbolçusunu siz seçin!
Azerisport.az yeni layihəyə start verir. Bu gündən başlayaraq artıq siz Azərbaycanda başa çatmaqda olan ayın ən yaxşı futbolçusunu seçmək imkanı qazanırsınız. Şərtlər çox sadədir: azerisport.az-ın redaksiyası obyektiv qərarla ay ərzində ən parlaq oyun göstərən futbolçuların siyahısını təqdim edir, siz isə istədiyiniz və daha çox bəyəndiyiniz şəxsə səs verirsiniz. Bu qədər sadə və asan!..
Gəlin, vaxt itirmədən fevralı ayının ən yaxşısını müəyyənləşdirək. İlin ikinci ayı üçün namizədlər aşağıdakılardır:
Girts Karlsons (“İnter”)
Juninyo (“Xəzər Lənkəran”)
Xaqani Məmmədov (“Karvan”)
Adrian Nyaqa (“Neftçi”)
Ruslan Qunçak (“Simurq”)
Rəşad Sadıqov (“Qarabağ”)
Kristian Torres (“Qəbələ”)
Səsvermə martın 3-ə qədər davam edəcək.
