26 fevral 2010 14:37
Araz Abdullayevin tarixə düşmək şansları qalır
Dünən UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həmyerlilərimiz – Vaqif Cavadov və Araz Abdullayevin komandaları fərqli nəticə göstəriblər. Səfərdə “Verder”ə 1:4 hesabı ilə məğlub olan “Tvente” ilk görüşdə qələbə qazanmasına (1:0) rəğmən, mübarizəni dayandırıb. “Rubin” isə İsraildə Tel-Əviv “Hapoel”lə qolsuz bərabərliyə qalaraq 1/8 finala vəsiqə qazanıb (ilk görüş – 3:0). Beləliklə, bir müddət əvvəl “Rubin”lə müqavilə bağlayan Araz Abdullayevin Avrokuboklarda qalib gələn ilk azərbaycanlı futbolçu olmaq şansları qalır. Növbəti mərhələdə kazanlıların rəqibi “Volfsburq” olacaq.
