26 fevral 2010 15:51
Vaqif Cavadov: Maklaren hər gün səhhətimlə maraqlanır
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov müalicəsinin davam etdirir. Azerisport.az xəbər verir ki, 21 yaşlı futbolçu müxbirimizlə söhbətində zədəli olmasına rəğmən, hər günü komanda ilə birgə keçirdiyini söyləyib: “İndi ağrılar yoxdur, məşq etmək istərdim. Amma həkim hələ icazə vermir. Yalnız trenajor və basseyn…Məşq etməməyimə baxmayaraq, hər gün komanda ilə birgəyəm. Toplantıdan sonra uşaqlar məşqə gedəndə, mən trenajor arxasına keçirəm. Stiv Maklaren də hər gün həkimlə söhbətləşir, mən və mənim kimi digər zədəli futbolçuların səhhəti ilə maraqlanır”.
