26 fevral 2010 16:24

Azərbaycan futbolunun gələcəyi varmı?

UEFA-nın futbol klublarının lisenziyalaşdırılması prinsipləri hərtərəfli və çoxşaxəlidir. Assosiyasının reytiniq nə qədər yüksəkdirsə, onun bayrağı altında fəaliyyət göstərən futbol klublarına irəli sürülən tələblər bir o qədər sərtdir. Bu siyahıda uşaq futboluna diqqət başlca yerlərdən biri tutur. Azerisport.az öz sualına cavab axtarır: peşəkarlaşmaq istəyən Azərbaycanın futbol klubları həqiqətən futbolun şaquli inkişafına belə ciddi diqqət yetirir, yoxsa bütün işlər yalnız lisenziya xatirinə görülür?

Uşaq futbolunun inkişafından indi futbolu anlama səviyyəsindən asılı olmayaraq, hər kəs danışır. Bu sözlərin arxasında hansı real fəaliyyətin durduğunu çox zaman bilməsələr də, çoxları əmindir ki, Azərbaycan futbolunun parlaq gələcəyi bugünkü gənclərin əlindədir. “Daşlaşmış” ifadədir, deyilmi?

AFFA-nın Uşaq-Gənclər Departamentinin sabiq əməkdaşlarından biri bizimlə “diktofondankənar” söhbətində premyer liqa klublarının uşaq və gənclər komandalarına hansı xəsisliklə pul xərclədiyinin detalları barədə danışdı. Amma onun sözlərini sətirbəsətir təkrarlamaq mümkün deyil. Buna heç ehtiyac da yoxdur, çünki, məsələn, əvəzedici komandaların çempionatının cəmi bir oyununa baxmaq kifayətdir ki, “X” adlı əməkdaşın sözlərinin nə dərəcədə doğru olduğuna əminlik yaransın.

Premyer Liqa ilə paralel keçirilən və müvafiq olaraq, paralel başa çatan əvəzedici komandaların çempionatında Təsnifat mərhələsindən sonra yaranan yekun tunir cədvəlinə diqqət yetirin: ilk “altılıq”da “Qarabağ”, “Neftçi”, “İnter”, “Bakı” və “Qəbələ”nin adını görə bilərsiniz. Yəni, faktiki olaraq, bu gün uşaq futboluna az-çox fikir verən 5 klub. Bir halda ki, “altılıq”da adında da göründüyü kimi məhz 6 komanda olmalıdır, “Muğan”ın bura vəsiqə qazanmasını özünəməxsus avans, “Xəzər Lənkəran”ın kənarda qalmasını isə  biabırçılıq hesab etmək olar. Heç kəsə sirr deyil ki, lənkəranlılar ölkənin ən varlı klublarından biridir. Təbii ki, konkret rəqəm açıqlamaq texniki cəhətdən mümkün deyil, çünki bu rəqəm “kommersiya sirri” adı ilə  bərk-bərk ört-basdır edilir. Amma real olanı görmək üçün telepat olmağa ehtiyac yoxdur, buna görə də, heç faktları da sadalamadan mətləbə keçək.

Bir acı sual: niyə Azərbaycanın hər mənada ən potensiallı klubunun əvəzedici komandası bu vəziyyətdədir? Niyə U-17 və U-15 komandalarının çempionatıda tərifli Lənkəran klubunun uşaq komandaları 7-8-ci yerdən yuxarı qalxa bilmir? “Müəllifi də “nəticəvermə xəstəliyi” tutub” deyənlər tələsməsin. Şərt əsla qazanılan nəticədə deyil. Sadəcə, uşaq futbol məktəbinin məhsuldar işləyib-işləməməsini göstərən çox vacib amil var: yetişən və yetişdirilən futbolçular. Bu, ən vacib nəticədir; “şaquli futbol” dediyimiz az qala qondarmalaşan ifadənin açması. “Xəzər”in heyətində bu gün klubun bir dənə də olsun yetirməsi oynamır. Bax, budur nəticə: “Xəzər Lənkəran” 2004-cü ildə yaradılıb.... 6 il 13 yaşlı futbolçunu 19 yaşlıya çevirir. 19-20 yaş isə əsas komandada debüt etmək üçün ən ideal vaxtdır.

Açın, cədvələ baxın: “Simurq” kimi müdafiəsi hər zaman güclü olan bir komandanın əvəzediciləri 60 top buraxıb, çünki Zaqatalada ukraynalılara münasibət yerli uşaqlardan yaxşıdır. Yevlax kimi gözəl şəraiti olan bir şəhərdə “Karvan” üçün bir nəfər də olsun istedadlı gənc oyunçu tapılmır. Elə bilirsiniz belə uşaqlar yoxdur? Maraqlanın, əvəzedicilərin, 17 yaşlıların, 15 yaşlıların, 13 yaşlıların çempionatını izləyin… İstedadlar çoxdur, amma onlara layiq olduğu münasibət göstərilmir. Çünki bugünkü Azərbaycan klublarını yalnız pur xərcləmək və bu mövsümün sonunda çempion olmaq maraqlandırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.