27 fevral 2010 23:29
Altılıq ləğv ediləcək?
Bu gün PFL prezidenti Ramin Musayevlə futboldan yazan idman jurnalistlərinin görüşü keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə futbol funksioneri və jurnalistlər Azərbaycan futbolunun problemləri, o cümlədən, “Unibank” Premyer Liqası barədə müzakirələr aparıblar. Musayev jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdulayev və baş katib Elxan Məmmədovla görüşdüyünü və növbəti mövsümdən çempionatın keçirilmə sistemində dəyişikliklərin ediləcəyini bildirib.
