27 fevral 2010 23:47
Simurqun sabiq kapitanı Ukrayna çempionatına dönür
“Simurq”un keçmiş kapitanı Aleksandr Malıgin Ukrayna çempionatına dönə bilər. Azerisport.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bir həftə əvvəl azad agent kimi Zaqatala təmsilçisindən ayrılan Malıgin “Zakarpatye” ilə müqavilə bağlamaq ərəfəsindədir.
Xatırladaq ki, hazırda premyer liqada 16 komanda arasında 15-ci yeri tutan “Zakarpatye” mövsümün əvvəlində “Simurq”un daha bir oyunçusu, indi “Standard”da çıxış edən Vladimir Mazyarla müqavilə bağlamış, sonradan isə anlaşma qarşılıqlı şəkildə pozulmuşdu.
