27 fevral 2010 00:57

Maksim Medvedev: İordaniya seçmə mərhələdəki rəqiblərimizlə müqayisəyə gəlməz

Millinin 2010-cu ildə keçirilən ilk oyunu barədə nə deyə bilərsiniz?
Deyərdim ki, bir az gözlənilməz oldu. Rəqib mənfi mənada təəccübləndirdi. Şəxsən mən daha güclü İordaniya gözləyirdim. Bizim isə oyunumuz alındı; ilk dəqiqədə vurulan qolun buna təsiri oldu. İkinci dəfə fərqləndikdən sonra müdafiəyə çəkilsək də, fikrimcə, hesab daha da böyük ola bilərdi. Bir neçə dəfə qol vurmaq imkanını qaçırdıq.
 
İordaniya üzərində qələbə Azərbaycana nə verdi?
İlə müsbət notda başlamaq yaxşıdır. Qələbə seriyasını davam etdirmək və azarkeşlərimizi sevindirmək istəyirik.
 
Müvəqqəti də olsa, yığmanın düşərgəsini niyə tərk edirsiniz?
Bu, şəxsi işlərlə əlaqədardır. Geniş danışmaq istəmirəm.
 
Buraxılan məşqlər Lüksemburqla matçda çıxışınıza mənfi təsir göstərməyəcək ki?
Məşq etmək üçün oyundan əvvəl iki gün vaxtım olacaq. Fikrimcə, görüşə hazır olacam.
 
Müdafiəçi olsanız da, tez-tez hücumlara qoşulursunuz. Buna görə də bəzən mövqeyiniz boşalır. Sonuncu görüşdə bir neçə dəfə belə epizod yarandı.
Mən gəncəm və irəli getmək, hər hücuma qoşulmaq istəyirəm. Razılaşıram ki, bəzən vaxtında mövqeyimə qayıtmaqla bağlı səhvlərim olur. Çatışmamazlıqlar üzərində işləyəcəm, çünki İordaniya seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə müqayisəyə gəlməz.
 
Bu oyunda Rail Məlikovun meydançaya çıxmasından sonra Foqts sizi yarımmüdafiəyə çəkdi…
Bu mənə bir qədər qəribə gəldi. Məşqçinin niyə belə qərar verdiyini bilmirəm. Görünür, o, Raili həmin mövqedə bir daha sınamaq və rəqabət yaratmaq istəyir.
 
Bəlkə Foqts sizi ümumiyyətlə, orta xətdə oynatmaq istəyir?
Məncə, bu, doğru qərar deyildi, çünki həmin vaxt artıq gücüm tükənmişdi. Buna görə də Railə yaxın oynamağa çalışırdım.
Futbola başlayanda, yarımmüdafiəçi kimi oynayırdım. Bu mövqe mənə yad deyil. Hücumlara qoşula bilirəm. Top itirsəm də, onun uğrunda mübarizə apara bilərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.