28 fevral 2010 01:02
Əfran İsmayılov vurduğu qola çox sevinməyib
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov İordaniya ilə qarşılaşma barədə fikirlərini bildirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, gənc futbolçu vurduğu qola çox sevinməyib: “Millidə oynamağa mənəvi cəhətdən hazır idim. Elə bu səbəbdən də milli ilə klubun məşqləri arasında müəyyən fərqlərin olmasına baxmayaraq, buna tez öyrəşdim. Millinin heyətində keçirdiyim birinci oyunda qol vurmağıma rəğmən, o qədər də sevinmədim. Çünki hesab edirəm ki, rəsmi oyunlarda vurduğum qoldan sonra daha çox sevinməyə mənəvi haqqım olar. Komandada yaradılan bütün şəraitdən razılığımı bildirməklə qeyd etmək istərdim ki, bütün bunlar millimizin qələbələrinə zəmin yaradır”
