28 fevral 2010 01:34
Fərhad Vəliyev: Tez-tez toplaşmalıyıq
Azərbaycan yığmasının qapıçısı AFFA-nın saytına qısa müsahibə verib. Azerisport.az xəbər verir ki, qolkiper milli komandanın tez-tez toplanış keçirməsinin tərəfdarıdır: “Milli komanda daha çox bir yerdə olanda futbolçular arasında münasibətlər xeyli yaxşılaşır. Gündə iki dəfə məşq və yoxlama oyunları peşəkarlığımızı artırmaqla rəsmi oyunlara hazırlığımızı yüksəldir. Baş məşqçi Berti Foqtsun yaratdığı mühit futbolçuları bir-birinə daha da doğmalaşdırır və yeni-yeni qələbələrə ruhlandırır. Bu mənada millinin toplanışlarının və yoxlama oyunlarının mütəmadi keçirilməsinin tərəfdarıyam”.
