28 fevral 2010 02:01
OŞ müraciət etdi, PFL razılıq verdi
Peşəkar Futbol Liqası “Unibank” Premyer Liqasının Final mərhələsində bir oyunun vaxtında dəyişiklik edib. Azerisport.az xəbər verir ki, Novruz bayramı günündə oynamaq istəməyən və matçın vaxtını dəyişmək xahişi ilə PFL-ə müraciət edən “Olimpik-Şüvəlan”ın müraciəti müsbət qarşılanıb və “Simurq” – “Olimpik-Şüvəlan” oyunu Zaqatala klubunun da razılığı ilə martın 21-dən 23-ə keçirilib. Həmin gün baş tutmalı olan daha 3 matçın da iki gün sonraya keçirilməsi istisna deyil.
