28 fevral 2010 14:10
Bülənt Qorxmaz: Oynamaq istəməyəni zorla saxlamayacağıq
“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz yetirməsi Saşa Yunisoğlunun Norveç təmsilçisi “Hauqesund”a mümkün keçidi ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandasında oynamaq istəməyən futbolçunu saxlamayacaqlarını söyləyib: “Saşa ilə bağlı konkret informasiyam yoxdur. Hər halda, kluba rəsmi təklif gəlməyib. Gəlsə, fikirləşib qərar verərik. Oyunçu klubu tərk etmək istəsə, problem yaratmayacağıq. “Bakı”da oynamaq istəməyən futbolçunu zorla saxlamaq fikrimiz yoxdur”.
