28 fevral 2010 14:31
Simurqun kapitanı müqavilə bağladı və 90 dəqiqə oynadı
“Simurq”un sabiq kapitanı Aleksandr Malıgin Ukrayna Premyer Liqasına dönüb. Azerisport.az xəbər verir ki, cümə günü “Zakarpatye” ilə mövsümün sonuna qədər müqavilə bağlayan Malıgin artıq şənbə günü ujqorodluların heyətində ilk matçına çıxıb. “Zakarpatye”nin Donetsk “Metallurq”una 0:1 hesabı ilə məğlub olduğu matçda müdafiəçi 90 dəqiqə mübarizə aparıb.
