28 fevral 2010 00:32

Premyer Liqanı heç kəs tərk etməyəcək?!

Bu gün PFL prezidenti Ramin Musayev futboldan yazan idman jurnalistləri ilə görüşüb və görüş zamanı növbəti mövsümdən “Unibank” Premyer Liqasının formatında dəyişiklik ediləcəyini söyləyib. Azerisport.az futbol funksionerinin sözlərini və futbol kuluarlarında gəzən söz-söhbətləri əsas götürərək, məsələyə münasibətini bildirir və qərara gəlir ki, çempionatın hər dəfə yeni formatla keçirilməsi klubların inkişafını ləngidir.

İngilislər özlərini “fərqli xalq” adlandırır və bunu istər gündəlik həyat tərzlərində, istərsə də ingilis cəmiyyətinin ayrılmaz hissəciyinə çevrilən futbolda göstərməyə çalışırlar. İngiltərə azarkeşləri üçün kontinental Avropa hələ də “futbolu tam tərk etməyən ölkələr yığınıdır”. İtaliyanın İngiltərədən düz dörd, Almaniyanın üç dəfə çox dünya çempionluğunu qazanması ingilisləri bu fikirlərdən daşındıra bilməz. Çünki onlar mühafizəkar xalq olmaqla, illərlə öz cəmiyyətlərində formalaşan fikirləri, adət-ənənələri qoruyub saxlamağı və ən əsası, müasir dövrə uğurla uyğunlaşdırmağı bacarırlar. İngiltərə Premyer Liqasının, İngiltərə kubokunun dünya auditoriyası üçün belə cəlbedici olmasının əsas səbəbi də bu davamlılıqdır. Futbol Assosiasiyası Kuboku adlanan, planetin ən qədim futbol turniri 140 il əvvəl hansı formatla keçirilirdisə, bu gün də həmin formatdan istifadə olunur. Dövrün və elmi-texniki tərəqqinin tələbi ilə dəyişilən bəzi detalları nəzərə almırıq.

Bəs Azərbaycan? Müstəqil Azərbaycan futbolunun neçə yaşı var? 18? Bu 18 ildə ölkənin bir nömrəli klub turnirinin – Azərbaycan çempionatının formatı neçə dəfə dəyişikliyə uğrayıb? Bizim cavabımız hazırdır: düz 9 dəfə! Üç dəfə indiki “altılıq” sisteminə müraciət olunub (bunlardan birində çempionat yarımçıq dayandırılıb), iki dəfə turnir “yaz-payız” sistemi ilə, iki qrupda keçirilib, bir dəfə uşaq komandalarının çempionatında alınan nəticələrin yüksək liqada nəzərə alınması kimi absurd format tətbiq olunub. Nəticədə azarkeşlər üçün maraqsız olan bir yarışla üz-üzəyik.

Əlbəttə, deyə bilərsiniz ki, çempionatın keçirilməsində edilən müntəzəm dəyişikliklər, yüksək liqanı gah bir, gah iki, gah da dörd komandanın tərk etməsi Azərbaycan klublarının qeyri-sabit maliyyə durumu ilə əlaqədardır. Amma onları qeyri-sabitliyə sürükləyən də elə bu sistemsizlik deyilmi?

Biz futbol piramidası qururuqmu? Yoxsa həmin piramida tərsinədir? Yarıhəvəskar komandalardan ibarət ikinci divizion yaratmaq, birinci divizionu rəqabətədavamlı yarışa çevirməkdənsə, premyer liqanın hər il süni şəkildə şişirdilməsi məhz bu sistemsizliyin, “tərsinə piramida”nın göstəriciləridir. Birinci divizion nə azarkeşlərə, nə jurnalistlərə, nə də biznesmenlərə maraqlı deyil, buna görə də premyer liqanı tərk edən klublar həmin yarışda mübarizə aparmaq üçün stimul tapa bilmir. Təbii ki, söhbət MOİK kimi “sosial layihə”dən, yaxud “Bakılı” kimi möhürü və dəyişməz prezidentindən başqa heç nəyi olmayan komandalardan getmirsə.

Bu mövsüm tətbiq olunan “altılıq” sisteminin faydası və ya faydasızlığından, onun Azərbaycan çempionatına gətirdikləri və ya gətirə bilmədiklərindən başqa bir yazıda danışacağıq. İndi vurğunu növbəti mövsüm, böyük ehtimalla, yeni formatlı çempionat görəcəyimiz üstündə saxlayaq.

Prinsipcə, PFL-in Amerika kəş etməsinə ehtiyac yoxdur; hər halda, yarış dairəvi sistemlə keçiriləcək, çünki müasir futbolda alternativ variant gözə dəymir. Amma bir vacib sual var: dövrələrin sayı neçə olacaq? Əgər hər şey reqlamentdə nəzərdə tutulduğu kimi getsə, yəni nəhayət, premyer liqada son iki yeri tutan klubun birinci divizionun iki qalibi ilə əvəzlənməsi sivil qaydada baş tutsa, üçdövrəli çempionat izləyəcəyimiz istisna deyil. 12 komanda, 3 dövrə, 33 tur.

Amma biz hər işin pis tərəfini düşünməyə və hər zaman sürprizlərlə qarşılaşmağa məhkum olan xalqıq. Futbol kuluarlarında çoxdan söz-söhbət gəzir ki, bu mövsüm yüksək liqanı heç kəs tərk etməyəcək. Doğrudan da, diqqət yetirək: indi aşağı dəstəyə yuvarlanmağa əsas namizəd klublar hansılardır? “Standard”, “Karvan”, “Muğan”, “Turan”. Bunlarda hər birinin premyer liqadan çıxması PFL-ə sərf etmir, çünki hər biri ayrı-ayrılıqda bir sosial layihə hesab olunur və çətin ki, onsuz da pul xərcləməyə meylli olmayan “Karvan” rəhbərliyi birinci divizionda komanda saxlamaqda maraq görsün. Neçə ildir maliyyə problemləri üzündən çempionatı “birtəhər” yola verən “Turan”ın güclülər sırasını tərk etməsi isə ağlasığmaz sayılır. Futbol ictimaiyyəti və PFL-in bu klubun yaşaması üçün etdiyi cəhdlər göz qabağındadır. Eyni sözləri “Muğan” və “Standard”a da aid etmək olar. Deməli, bütün bunları nəzərə alsaq, hadisələrin iki cür cərəyan etməsi gözlənilir:

a) heç kəs premyer liqanı tərk etmir, birinci diviziondan gələn iki klubla birgə, 14 komandanın iştirakı ilə ikidövrəli, 26 turdan ibarət turnir keçirilir;

b) heç kəs premyer liqanı tərk etmir, birinci divizionun qalibi olan klublar isə maliyyə problemləri və ya digər səbəblər üzündən yüksək dəstədən imtina edirlər. Bu halda çempionatın formatı belə olur: 12 komanda, 3 dövrə, 33 tur.

Diqqət yetirdinizsə, hər iki halda hazırkı 12 komandanın növbəti mövsüm də premyer liqada iştirak edəcəyi müzakirə obyekti deyil. Siz də idman prinsipləri ilə başınızı çox qatmayın – Azərbaycan reallıqlarına dözümlə yanaşın. Hər halda, birinci dəfə  deyil...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.