1 mart 2010 13:20
Cavadov yığmaya qoşulur
Azərbaycan yığma komandası İordaniyada keçirilən təlim-məşq toplanışını başa vuraraq bu gün Lüksemburqa yola düşüb. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, martın 3-də Lüksemburq yığması ilə keçiriləcək yoldaşlıq oyununun hazırlığında iştirak etmək üçün bu gün daha bir futbolçu – Vaqif Cavadov millinin düşərgəsinə qoşulacaq.
