1 mart 2010 13:33
Vikinq marağı
Norveçin “Valerenqa” klubu “Neftçi” müdafiəçisi Ruslan Abışovun xidmətlərində maraqlıdır. Azerisport.az xəbər verir ki, Norveç klubunun nümayəndələri 23 yaşlı müdafiəçini martın 3-də - Lüksemburqla oyunda iş başında izləyəcəklər.
Abışov Norveç klublarının maraqlandığı ikinci azərbaycanlı futbolçudur. Saşa Yunisoğlu ilə maraqlanan “Hauqesund”un da nümayəndələri millinin yoldaşlıq oyununda olacaqlar.
