1 mart 2010 14:23
Muğan Qəbələ ilə qarşılaşacaq
Unibank Premyer Liqasında yaranmış fasilədə istirahət edən "Muğan" sabahdan etibarən yenidən bir araya gələcək. Azeripsort.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, Salyan təmsilçisi Unibank Premyer Liqasının final mərhələsinin hazırlıqlarına "Ədliyyə" stadionunda gündə iki dəfə keçirəcəyi məşqlərlə başlayacaq. Hazırlıq dövrü ərzində baş məşqçi Almir Hurtiçin yetirmələri "Qəbələ" klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Tərəflər yoxlama oyununu martın 7-də keçirməyi planlaşdırıblar.
