1 mart 2010 14:54
Balint Azərbaycanda oynayan futbolçulara arxalanır
Moldova yığmasının baş məşqçisi Qabi Balint Azərbaycanda oynayan futbolçulara güvənir. Azerisport.az Moldova KİV-inə istinadla xəbər verir ki, rumıniyalı mütəxəssis bir neçə aparıcı futbolçunun millidən imtina etməsinə rəğmən, komandanın problem yaşamayacağını söyləyib: “Josan, Katınsus, Kovalçuk, Bordiyan və Qatskan yığmaya gəlməkdən imtina ediblər. Nəticədə cəlb etdiyimiz 25 futbolçudan yalnız 18-i bizimlədir. Amma Laşenkov və Kalinkov kimi futbolçularımız var. İndi zədədən əziyyət çəksələr də, onlara güvənirəm və qarşıdakı oyunlarda yığmada çıxış edəcəklər”.
Nəzərinizə çatdıraq ki, martın 3-də Qazaxıstanla yoldaşlıq oyununa çağırılan heyətdə Azərbaycan klublarında çıxış edən 4 futbolçu var: Vadim Borets, Aleksey Savinov (hər ikisi “Bakı”), Aleksandr Qolban (“Simurq”) və Anatoli Doroş (“Olimpik-Şüvəlan”)
