1 mart 2010 16:14
Daha bir yoxlama görüşü
İki gün öncə “Olimpik-Şüvəlan”ı 2:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” sabah daha bir yoxlama görüşü keçirəcək. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, cənub təmsilçisinin rəqibi “Standard” olacaq. Saat 15:30-a nəzərdə tutulan qarşılaşma ADBTİA-nın stadionunda baş tutacaq.
