1 mart 2010 21:31
Simurq da AFFA-ya müraciət etdi
“Simurq” bu gün Tural Cəlilovun cəzasının qısaldılması ilə bağlı AFFA-ya xahiş məktubu ünvanlayıb. Azerisport.az assosiasiyadakı mənbələrinə istinadla xəbər verir ki, “Olimpik-Şüvəlan”la “Unibank” Premyer Liqasının 21-ci turunun oyununda birbaşa qırmızı vərəqə görərək, ikioyunluq diskvalifikasiya olunan yarımmüdafiəçinin bu bazar günü ölkə kuboku çərçivəsində elə şüvəlanlılarla matçda meydançaya çıxması üçün Zaqatala klubu AFFA-ya xahiş məktubu göndərib. Məktuba AFFA Appelyasiya və Ekspert Komitəsinin iclasında baxılacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl “Olimpik” rəhbərliyi də elə yuxarıda qeyd olunan matçda qırmızı vərəqə alan İsmael Fransiskonun cəzasının azaldılmasına, “Xəzər Lənkəran” isə premyer liqa matçlarında “Unibank”ın reklam bannerlərinin yerləşdirilməməsi ilə bağlı kəsilən cəzanın aradan qaldırılmasına nail olub.
