1 mart 2010 23:34
Vaqif Cavadov: İndi məndən daha çox şey gözləyirlər
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov hesab edir ki, “Tvente”yə keçidindən sonra ondan millidə daha çox şey gözləyirlər. Azerisport.az xəbər verir ki, forvard müxbirimizlə söhbətində belə deyib: “Komandada mənə münasibət əvvəlki kimi yaxşıdır. Amma məncə, indi məndən daha çox şey gözləyirlər. Mən də ümidləri doğrultmağa çalışacağam”.
