2 mart 2010 15:03
Simurq bir qolkiperlə qaldı
"Unibank" Premyer Liqasının 22-ci turunda "Turan"la oyunda zədələnsə də, sona qədər meydançada olan “Simurq”un qapıçısı Fuad Əhmədov bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, həkim müayinəsindən sonra Əhmədovun dizindəki zədəsinin ciddi olduğunu və futbolçunun müalicəyə ehtiyac duyduğu məlum olub.
Nəzərinizə çatdıraq ki, hazırda zaqatalalıların düşərgəsindən yalnız bir qapıçı – karyerasını bərpa edən Taras Çopik var.
