2 mart 2010 15:40

Saşa Yunisoğlu: Millidə indi ən güclülər oynayır

Azərbaycan yığmasının müdafiəçisi Azerisport.az-sa müsahibəsində milli komandadakı çıxışından və “Hauqesund”a mümkün keçidindən danışıb.

 
Saşa, çoxlarını indi bir sual maraqlandırır: Azərbaycan yığmasında yeni legioner görə biləcəyikmi?
Bilmirəm. Kimsə harsa keçir ki? (gülür)
 
Əslində, söhbət sizdən gedir – Norveç klubu “Hauqesund” sizin xidmətinizdə maraqlıdır.
Burada hər şey məndən asılı deyil. “Bakı”nın rəhbərliyi, baş məşqçisi var. Onların mövqeyi həlledici olacaq.
 
Amma “Bakı” elə onunla məşhurdur ki, komandada oynamaq istəməyən futbolçuların getməsinə mane olmur...
Heç nə deyə bilmərəm. Düzü, eşitmişəm ki, norveçlilərin baş məşqçisi Lüksemburqla matça mənim oyunuma baxmaq üçün gələcək. Əlbəttə, əgər meydançaya çıxsam.
 
Oynamaq şanslarınız necədir?
Bunu baş məşqçidən soruşmaq daha doğru olardı.
 
Müdafiənin mərkəzi yığma komandada ən çox rəqabət gedən mövqedir.
Razıyam. Bunda pis heç nə görmürəm. Rəqabət futbolçulara yalnız xeyir verir.
 
Əsas heyətdə yerinizi itirməkdən qorxmursunuz?
Olmayan şeyi itirməkdən necə qorxmaq olar? Əgər öz mövqendə ən yaxşılardansansa, səni yenı yığmaya çağıracaqlar. Əks halda, millidən kənarda qalacaqsan.
 
Yığmanın bu heyəti ən güclüdür?
Sözsüz! Şübhəsiz, millidə indi ən güclü futbolçular oynayır.
 
Maraqlıdır ki, Vaqif Cavadov bizimlə söhbətdə Stiv Maklareni Azərbaycan yığmasının başında görmədiyini söyləyib. Bəs siz Bülənt Qorxmazı bu postda görürsüz?
Berti Foqts yığmanın, Bülənt Qorxmaz isə “Bakı”nın baş məşqçisi kimi məni tam qane edir. Belə də yazın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.