"Hiddink Türkiyədə problemlərlə üzləşəcək"
Qışda “Rubin”dən “Zenit”ə transfer olunan Fatih Təkkə Quus Hiddinkin Türkiyə yığmasının baş məşqçisi təyin olunmasına münasibətini bildirib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Sport-Ekspress” nəşrinə müsahibsində türkiyəli forvard hollandiyalı mütəxəssisin Anadoluda problemlərlə üzləşəcəyini proqnozlaşdırıb: “Bizim çoxlu yaxşı futbolçularımız var. İddialıyıq və uğur qazanmaq istəyirik. Hiddink Türkiyədə müəyyən problemlərlə üzləşəcək, çünki güclü təzyiq altında çalışacaq. Rusiyada belə deyildi. Əgər o, vəzifəsinin öhdəsindən gəlsə, hər şey alınacaq. Ümid edirəm ki, yeni baş məşqçi həqiqətən ən layiqli oyunçuları milliyə çağıracaq. Gökdənizlə mənim bu mənada şanslarımız yüksəkdir. Hər halda, biz Rusiyada oynadığımızdan Hiddink məhz bizim ikimizi hamıdan yaxşı tanıyır. Son dörd ildə o, əsasən Rusiya çempionatını izləyib”.
Xatırladaq ki, Təkkənin çıxış etdiyi Türkiyə millisi AÇ-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparacaq.
