2 mart 2010 16:14
Qəbələ Karvanla üz-üzə
“Unibank” Premyer Liqasının Final mərhələsinə hazırlaşan iki komanda – “Karvan” və “Qəbələ” yoxlaşa görüşündə üz-üzə gələcəklər. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, martın 4-də Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 14:00-da başlanacaq.
