2 mart 2010 16:41
"Yeni transferlərimiz super oyunçular deyil"
“Neftçi”nin və Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov komandasının”Unibank” Premyer Liqasında çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, gənc futbolçu “ağ-qaralar”ın avrokuboklara vəsiqə qazanmalı olduqlarını deyib: “İnanıram ki, Arif Əsədovun rəhbərliyi altında əlimizdən gələni etməliyik ki, Avropa miqyaslı yarışlarda kənarda qalmayaq. Avrokuboklarda oynamağa borcluyuq. Yeni transferlərə gəlincə… Deməzdim ki, onlar super oyunçulardır. Ümumiyyətlə, belələrinin Azərbaycan çempionatına keçməsi inandırıcı deyil”.
