2 mart 2010 17:41
Rəşad Sadıqov Türkiyə ilə oyunu səbrsizliklə gözləyir
Azərbaycan yığmasının liderlərindən biri – Rəşad Sadıqov Türkiyə ilə oyunu səbrsizliklə gözlədiyini söyləyib. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində “Kayserispor” və “Kocaelispor”un keçmiş futbolçusu bu oyunların gənc futbolçuların Türkiyə klublarını keçidi baxımından çox əhəmiyyətli olduğunu bildirib: “Bu ölkə bizə çox yaxındır. Azərbaycanda insanlar Türkiyə yığmasına çox azarkeşlik edirlər. Mən oranın çempionatında çıxış etmişəm. Belə oyunlar gənc futbolçular üçün özünü göstərmək və güclü Türkiyə birinciliyinə keçmək baxımından çox vacibdir”.
