2 mart 2010 22:00
İordaniya ilə müqayisədə fərqli heyət
Azərbaycan yığmasının baş məşqçisi sabah Lüksemburqun “Jozi Bartel” stadionunda yerli komanda ilə keçiriləcək yoldaşlıq görüşü üçün millinin start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bir neçə gün əvvəl baş tutan İordaniya qarşılaşmsıyla müqayisədə heyətdə bir neçə dəyişiklik var: Kamran Ağayev – Rail Məlikov, Rəşad Sadıqov, Vladimir Levin, Elnur Allahverdiyev – Samir Abbasov, Aleksandr Çertoqanov, Mahir Şükürov, Rəşad Sadiqov, Elvin Məmmədov – Fərid Quliyev.
Qeyd edək ki, bugünkü məşqi buraxan Əfran İsmayılov sabah keçiriləcək qarşılaşmada meydançaya çıxması sual altındadır.
