2 mart 2010 22:27

Ruslan Abışov: Rəqibin gücündən asılı olmayaraq, yaxşı oynamalıyıq

Azərbaycan yığmasının və Neftçinin gənc müdafiəçi Azerisport.az-a müsahibəsində bildirib ki, Lüksemburq görüşdə ən vacibi yaxşı oyun göstərməkdir.
 
 
Lüksemburqla qarşıdakı oyun barədə nə fikirləşirsiniz?
Çox sadə: yaxşı oynasaq, nəticə də olacaq.
 
Azərbaycan yığmasına bunu heç də həmişə aid etmək olmaz.
Razıyam, amma istənilən halda, yaxşı oynamalıyıq. Rəqibin kimliyindən asılı olmayaraq. Hər halda, Lüksemburq ötən seçmə mərhələdə səfərdə İsveçrəni məğlub edib. Matçın statusuna da diqqət yetirmək lazım deyil. Hər qələbə futbolçunun öz gücünə inamını artırır.
 
Hesab etmirsiniz ki, kifayət qədər çətin seçmə mərhələ ərəfəsində daha güclü komandalarla oynamaq daha yaxşı olardı?
Lüksemburq Almaniya və ya Avstriya deyil, amma biz öz oyunumuza diqqət yetirməliyik. Nə qədər tez-tez toplaşsaq, bir yerdə çox olsaq, bir o qədər xeyirlidir. Yoldaşlıq oyunları zamanı xətlərarası əlaqəni yaxşılaşdırmalı, qarşılıqlı anlaşmanı yüksək səviyyəyə gətirməliyik. Yalnız bu halda seçmə mərhələyə hazırlıqlı başlaya bilərik.
 
Oyundan əvvəl Berti Foqts əlavə nəsə deyib?
Elə mənim sizə dediklərimi. Onun üçün də bizim ifamızda yaxşı oyun izləmək çox vacibdir.
 
Sonuncu seçmə mərhələni uğurla başa çatdırdıqdan sonra azarkeşlər yığmadan daha çox şey gözləyir. Onları məyus edəcəyinizdən qorxmursunuz ki?
Bunu istəməzdik, çünki dolu tribunalar həmişə futbolçulara əlavə güc verir. Buna görə də əlimizdən gələn hər şeyi edəcəyik ki, onlar məyus olmasın.
 
Gəlin, “Neftçi”yə də toxunaq.
(kədərlə gülümsəyir)
 
Komandada yenidən baş məşqçi dəyişikliyi baş verib. Bu, futbolçulara necə təsir göstərəcək?
Bizim üçün Vaqif Sadıqovun getməyi gözlənilməz oldu. Amma irəli baxmalı və “altılıq” barədə düşünməliyik.
 
Sadıqov istefadan sonra sərt ifadələr işlətməsə də, onun sözlərindən futbolçulardan narazı olduğu duyulurdu.
Onun kimdən narazı olduğunu bilmirəm. Şəxsən mən baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışırdım. Bundan sonra da, kimin rəhbərliyi altında oynamağımdan asılı olmayaraq, belə olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.