2 mart 2010 00:04
“Taleyimi Bülənt Qorxmaz həll edəcək”
Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu Norveç klubu “Hauqesund”a keçidi ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, futbolçu bu məsələdə son sözü Bülənt Qorxmazın deyəcəyini söyləyib: “Burada hər şey məndən asılı deyil. Müqavilə ilə məxsus olduğum klub – “Bakı” və onun baş məşqçisi Bülənt Qorxmaz var. Taleyimi onlar həll edəcək. Norveçlilərin nümayəndəsinin Lüksemburqla oyunda məni izləmək üçün stadionda olacağını bilirəm”.
