2 mart 2010 00:20
Yığmamız İsveç və İngiltərənin sülh bağladığı meydançada
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun məkanı məlum olub. Azerisport.az xəbər verir ki, matç sentyabrın 7-də Kölnün “Rayn Enerqi” arenasında baş tutacaq. Nəzərinizə çatdıraq ki, 2006-cı il dünya çempionatında bir neçə qarşılaşma, o cümlədən İsveç – İngiltərə görüşü (2:2) bu stadionda keçirilib.
