3 mart 2010 13:56
Foqts Sadıqovun göstəricisini yaxşılaşdıra biləcəkmi?
FİFA mart ayı üçün yığma komandaların reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə 5 pillə irəliləyən Azərbaycan yığması 109-cu yerdə qərarlaşıb. Bu, postsovet məkanı ölkələri arasında 10-cu göstəricidir. Komandamız yalnız Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan millilərini qabaqlayır.
Berti Foqtsun rəhbərliyi altında ən yüksək pilləyə qalxan Azərbaycan millisi öz rekordunu yaxşılaşdırmaq imkanı qazanıb. Xatırladaq ki, 1998-ci ildə millimizin Vaqif Sadıqovun rəhbərliyi altında ilk və hələ ki, sonuncu dəfə “100-lüy”ə daxil olaraq, 98-ci pillədə qərarlaşmışdı
