3 mart 2010 14:01
Oğuz Çətin: Qrupumuz asan deyil
Azərbaycan yığmasının AÇ-2010-nin seçmə mərhələsindəki rəqiblərindən biri – Türkiyə millisinin məşqçisi Oğuz Çətin yeganə məqsədim yalnız final mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib. Bu gün Hondurasla yoldaşlıq görüşü keçirəcək türkləri bu oyuna məhz Çətin çıxaracaq.
“Qrupumuz asan deyil. Hesab edirəm ki, əsas rəqibimiz Almaniyadır. Bəlkə də Hiddinkin elə bu gün yığmanın başında olması daha yaxşı olardı. Amma qərar verilib. Ölkəmizdə dünya səviyyəli futbolçu və məşqçilər var. Bu cür potensialla yeganə məqsəd final mərhələsinə vəsiqə qazanmaq olmalıdır” – deyə Oğuz Çətin “NTV Spor”un canlı efirində bildirib.
