3 mart 2010 14:22

Tərlan Əhmədov: Qarşımızda konkret məqsəd durur - çempion olmaq

“Xəzər Lənkəran”ın məşqçisi Tərlan Əhmədov ölkə kuboku və premyer liqanın Final mərhələsinin oyunları ərəfəsində azerisport.az-a müsahibə verib.

 
 
Mövsümün final hissəsinə hazırlıq necə gedir?
Normal. Komandanı əsas oyunlara optimal formada gətirməyə çalışırıq. Heç bir xətdə boşluq olmamalıdır. Qarşımızda konkret məqsəd durur: çempion olmaq.
 
“İnter” və “Qarabağ”la müqayisədə yığmalara daha az futbolçu verməyiniz sizin üçün əlavə üstünlükdürmü?
Biz belə fikirləşmirik. Hər komandanın özünəməxsus hazırlıq prosesi var. Bundan əlavə, rəqiblərin heyətindəki yığma üzvləri oyunlara ciddi hazırlaşırlar. Bu fasilə elə bir vaxta düşüb ki, hazırlıq prosesinə elə bir ciddi təsiri olmayacaq. Digər tərəfdən, bizi tək “İnter” və ya “Qarabağ” maraqlandırmır. Onlar bizim yeganə rəqiblərimiz deyil.
 
Qızıl medullar uğrunda mübarizədə mütəxəsəssislər üstünlüyü məhz “İnter” və “Qarabağ”a verir. Belə münasibət sizin xətrinizə dəymir ki?
Hər kəsin öz mövqeyi var. Əminəm ki, bizi favorit sayan insanlar da az deyil. Bu, vacib deyil. Axı biz yalnız azarkeş marağı mükafatı uğrunda mübarizə aparmırıq.
 
Martın 7-də “Qarabağ”la qarşılaşacaqsınız. Ölkə kubokunun 1/4 final mərhələsində…
Əgər mübarizəni bu mərhələdə başa çatdırmaq istəmiriksə, ilk oyundan – səfərdən yaxşı nəticə ilə ayrılmalıyıq.
 
Əsas diqqəti premyer liqaya, yoxsa ölkə kubokuna yönəldəcəksiniz?
Kubok bizim üçün əlahiddə turnirdir. Burada mübarizə tam başqa taktika ilə aparılır, cütlüklərin taleyi iki oyunda həll olunur. Bizim üçün istənilən halda, premyer liqa birinci yerdədir.
 
Martda oyunlarınız qrafiki ağırdır: iki dəfə “Qarabağ”la, “İnter”, “Neftçi”, “Qəbələ”. Hazırsınız?
“Altılığ”a düşəndə belə vəziyyətlə üzləşəcəyimizi bilirdik. Buna görə də hər şeyə hazırıq. Bu cür qrafiklə bütün komandalar mübarizə aparacaq. Çətin olacaq, amma biz heç kimdən qorxmuruq. Yeri gəlmişkən, aprel ayı da çətin keçəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.