3 mart 2010 15:41
Azərbaycanla SSRİ arasında yoldaşlıq görüşü
Mayda Azərbaycanın futbol veteranları ilə keçmiş SSRİ-nin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək. Mayın 9-da Azərbaycan futbolunun görkəmli siması Ələkbər Məmmədovun 80 illik yubileyi qeyd olunacaq. Azerisport.az xəbər verir ki, matçda Moskvanın “Spartak”, “Dinamo”, ÇSKA, Kiyev və Tbilisinin “Dinamo” komandalarının veteranlarının Bakıya səfər edəcəyi gözlənilir.
