3 mart 2010 16:01
Bülənt Qorxmaz işini asanlaşdırır
“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz Avrokuboklara çıxmağın ən əsasn yolu kimi ölkə kubokunu qazanmağı görür. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis klubu rəsmi saytına müsahibəsində belə deyib: “Hər bir qarşılaşma kimi, “Standard”la matç da mühüm əhəmiyyət daşıyır. Bizim üçün avrokuboklara vəsiqə qazanmağımızın ən asan yolu kubokdur. Qarşıdakı beş matçda - 1/4 final, yarımfinal və final qarşılaşmalarında uğurlu nəticə qazanmaqla istəyimizə çata bilərik. Kuboku qazanmaq üçün ilk növbədə “Standard”ı mübarizədən kənarlaşdırmalıyıq. Matça ciddi hazırlaşırıq, istəyimizə çatacağımıza inanıram”.
