3 mart 2010 16:14
Futbolda ofsayd qaydası ləğv olunur
FİFA prezidenti Zepp Blatter futbolda “oyundan kənar vəziyyət” qaydasının ləğv olunması variantını nəzərdə keçirir. Azerisport.az Britaniyanın “The Times” nəşrinə istinadla xəbər verir ki, futbol funksioneri bu məqsədlə Beynəlxalq Otüstü Hokkey Federasiyasının prezidenti Leandro Naqre ilə görüş keçirib. Nəzərinizə çatdıraq ki, bu idman növündə ofsayd qaydası 1998-ci ildə ləğv olunub və Blatteri məhz bu qaydanın ləğvindən sonra alınan nəticələr maraqlandırıb.
